Bütün vakansiyalar

Data analitik

Məlumatlardan qərarlara: təhlil, vizuallaşdırma və hesabatlar

Tələblər

Tələblər böyük mütəxəssis səviyyəsi üçün tam həcmdə göstərilib. Kiçik və aparıcı mütəxəssis səviyyələrində bu bacarıqların hamısı eyni dərinlikdə gözlənilmir. Müsahibə və qiymətləndirmə namizədin müraciət formasında seçdiyi səviyyəyə uyğun aparılır.

1.      Ali təhsil (texniki sahələr üzrə olması arzuolunandır)

2.      İş təcrübəsi: kiçik mütəxəssis 0-2 il, aparıcı mütəxəssis 2-4 il, böyük mütəxəssis 4 ildən artıq

3.      SQL-də sərbəst sorğu yazmaq bacarığı, relyasiyalı məlumat bazalarının strukturunu və işləmə prinsipini anlamaq

4.      Python və ya R proqramlaşdırma dilində datanın təmizlənməsi, emalı və təhlili bacarığı

5.      BI alətlərində interaktiv dashboard və hesabatlar hazırlamaq bacarığı (Tableau arzuolunandır)

6.      Statistik metodları real data üzərində tətbiq etmək bacarığı: təsviri və inferensial statistika, reqressiya analizi, ehtimal nəzəriyyəsinin əsasları

7.      Analitik təfəkkür və məntiqi mühakimə bacarığı: biznes sualını ölçülə bilən analitik tapşırığa çevirmək, uyğun metodu seçmək, nəticələrin düzgünlüyünü tənqidi yoxlamaq

8.      Təhlilin nəticələrinin vizual kommunikasiyası bacarığı: uyğun vizual formanı seçmək, əsas nəticələri önə çıxarmaq və qərar qəbuluna yönəlik şəkildə təqdim etmək

9.      İngilis dili: texniki sənədlər və data mənbələri ilə işləmək səviyyəsində

Üstünlük verilən bilik və bacarıqlar

1.      Data keyfiyyətinin idarə edilməsi: data keyfiyyətinin qiymətləndirilməsi, uyğunsuzluqların kök səbəbinin araşdırılması, preventiv və korreksiyaedici həll yollarının təklif edilməsi

2.      Metadata və master data idarəçiliyi: biznes və texniki metadatanın sənədləşdirilməsi, master data üzrə vahid etalon qeydin (golden record) formalaşdırılması, data təsnifatı və data kataloqunun aktual saxlanılması

Vəzifə öhdəlikləri

1.      Yeni analitik ehtiyacların qiymətləndirilməsi, uyğun təhlil metodunun seçilməsi və tətbiqi, o cümlədən tətbiq olunan dəyişikliklərin təsirinin qiymətləndirilməsi

2.      Fəaliyyət istiqamətləri üzrə əsas göstəricilərin (KPI) müəyyən edilməsi, onların hesablanma metodikasının razılaşdırılması və müntəzəm izlənməsi

3.      Göstəricilərdəki meyillərin, asılılıqların və anomaliyaların aşkarlanması, onların kök səbəblərinin araşdırılması, nəticələrin etibarlılığının yoxlanılması

4.      Təhlil nəticələrinin qərar qəbul edənlərə aydın formada təqdim edilməsi, proseslərin optimallaşdırılması üçün əsaslandırılmış tövsiyələrin hazırlanması

5.      Maraqlı tərəflər üçün istifadəçi yönümlü interaktiv dashboard və hesabatların hazırlanması

6.      Operativ (ad-hoc) data sorğularının icrası: lazımi datanın çıxarılması, hazırlanması və nəticənin qısa müddətdə təqdim edilməsi

7.      Data idarəçiliyi (data governance) proseslərində iştirak: data keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, metadata və master datanın idarə olunması, datanın təsnifatı və data kataloqunun aktual saxlanılması

Biz nə vəd edirik

1.      Əmək bazarına uyğun rəqabətli və mütəmadi artan əmək haqqı

2.      Data təhlili və data idarəetməsi üzrə çoxşaxəli layihələrdə iştirak etmək imkanı

3.      Hərtərəfli peşəkar inkişafı dəstəkləyən korporativ mühit

Əlavə qeydlər

• İş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00 • Ofis iş rejimi • Hər hansı sahəvi bilik (domain knowledge) tələb olunmur