Data mühəndis
Etibarlı məlumat infrastrukturu: pipeline-lar, anbarlar və inteqrasiyalar
Tələblər
Tələblər böyük mütəxəssis səviyyəsi üçün tam həcmdə göstərilib. Kiçik və aparıcı mütəxəssis səviyyələrində bu bacarıqların hamısı eyni dərinlikdə gözlənilmir. Müsahibə və qiymətləndirmə namizədin müraciət formasında seçdiyi səviyyəyə uyğun aparılır.
1. Ali təhsil (texniki sahələr üzrə olması arzuolunandır)
2. İş təcrübəsi: kiçik mütəxəssis 0-2 il, aparıcı mütəxəssis 2-4 il, böyük mütəxəssis 4 ildən artıq
3. SQL-də mürəkkəb sorğular yazmaq və onların performansını optimallaşdırmaq bacarığı
4. Məlumat anbarı (data warehouse) və məlumat gölü (data lake) platformalarının layihələndirilməsi, qurulması və idarə edilməsi üzrə bacarıqlar
5. Data modelləşdirmə bilikləri (ER modeling, normalization, star schema, granularity, SCD və s.)
6. Məlumat ötürmə proseslərinin (data pipeline) qurulması, orkestrasiya alətləri vasitəsilə avtomatlaşdırılması və monitorinqi bacarıqları
7. Python dilində proqramlaşdırma bacarığı: müxtəlif mənbələrdən məlumatların inteqrasiyası, transformasiyası və validasiyası, proseslərin avtomatlaşdırılması
8. DevOps praktikaları: Linux mühitində, Git versiya nəzarəti sistemi, Docker konteynerləri və CI/CD prosesləri ilə işləmək bacarığı
9. Analitik təfəkkür və problem həll etmə bacarığı: məlumat ötürmə proseslərindəki xətaların və performans problemlərinin səbəbini müəyyən etmək, miqyaslana bilən həll yolları seçmək
10. Struktur bölmələrlə effektiv kommunikasiya bacarığı: biznes ehtiyaclarını texniki tələblərə çevirmək, həll yollarını aydın izah etmək, texniki sənədləşməni aparmaq
11. İngilis dili: texniki sənədlər və data mənbələri ilə işləmək səviyyəsində
Üstünlük verilən bilik və bacarıqlar
1. Data idarəçiliyi (data governance): metadatanın və məlumat tarixçəsinin (data lineage) data kataloquna avtomatik ötürülməsi, datanın təsnifatına uyğun giriş hüquqlarının və maskalamanın tətbiqi
2. Data lakehouse: açıq cədvəl formatları (Delta Lake, Apache Iceberg və s.) əsasında data platformalarının qurulması, məlumatların medallion qatları üzrə təşkili
3. Axın (streaming) və CDC (Change Data Capture) həlləri: Apache Kafka, Debezium və analoji alətlər vasitəsilə mənbə sistemlərdəki dəyişikliklərin tutulması, məlumat axınlarının real vaxt rejimində ötürülməsi, emalı və inteqrasiyası
4. NoSQL verilənlər bazaları: MongoDB, Redis və analoji bazalarla iş, onların data modelləşdirmə yanaşmalarının və tətbiq ssenarilərinin anlaşılması, bu bazaların data platformasına inteqrasiyası
5. Kubernetes: data emalı servislərinin və pipeline komponentlərinin Kubernetes mühitində yerləşdirilməsi, miqyaslanması və resurslarının idarə olunması
Vəzifə öhdəlikləri
1. Yeni biznes tələblərinə uyğun olaraq data ehtiyaclarının qiymətləndirilməsi, müvafiq data modellərinin layihələndirilməsi və həllin mənbədən analitik qata qədər qurulması
2. Mövcud data arxitekturasının artan həcmə və yeni ehtiyaclara uyğun təkmilləşdirilməsi, ləng icra olunan proseslərin və sorğuların optimallaşdırılması
3. Məlumat ötürmə proseslərinin kəsilməzliyinin təmin edilməsi: nasazlıqlara operativ reaksiya, kök səbəblərin araşdırılması və aradan qaldırılması
4. Son istifadəçilərə təqdim olunan məlumatların düzgünlüyünü və tamlığını yoxlayan avtomatik nəzarət mexanizmlərinin qurulması
5. Giriş hüquqlarının idarə edilməsi və həssas məlumatların maskalanması
6. Kodun etibarlılığının təmin edilməsi: kod yoxlamasının aparılması, avtomatlaşdırılmış testlərin yazılması, dəyişikliklərin CI/CD vasitəsilə yerləşdirilməsi
7. Data modelləri, məlumat ötürmə prosesləri və platforma üzrə sənədləşmənin aparılması və aktual saxlanması
Biz nə vəd edirik
1. Əmək bazarına uyğun rəqabətli və mütəmadi artan əmək haqqı
2. Data mühəndisliyi və data idarəetməsi üzrə çoxşaxəli layihələrdə iştirak etmək imkanı
3. Hərtərəfli peşəkar inkişafı dəstəkləyən korporativ mühit
Əlavə qeydlər
• İş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00 • Ofis iş rejimi • Hər hansı sahəvi bilik (domain knowledge) tələb olunmur
